Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda sosial müdafiə tədbirlərinin mühüm bir istiqaməti uşaqlara yönəlib

Azərbaycanda sosial müdafiə tədbirlərinin mühüm bir istiqaməti uşaqlara yönəlib

Bakı, 31 may, AZƏRTAC

BMT Baş Assambleyasının müvafiq qərarına əsasən, 1 iyun bütün dünyada Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, cəmiyyətin gələcəyi olan uşaqların sağlam və firavan böyüməsi, onların fiziki və mənəvi inkişafı ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ötən müddətdə Azərbaycan BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və digər mütərəqqi beynəlxalq sənədlərə qoşulub. “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və s. normativ hüquqi aktların qəbul olunduğu ölkəmiz bu gün uşaq hüquqları sahəsində mükəmməl qanunvericilik bazasına malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə sosial firavanlığın təminatına xidmət edən uğurlu sosial siyasət kursu uşaqların sosial müdafiəsi sahəsində də tədbirlərin ildən-ilə güclənməsinə şərait yaradıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və şəhid ailələrinin uşaqları, müddətli hərbi xidmət qulluqçularının uşaqları aylıq sosial müavinətlə təmin edilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət ödənilir ki, həmin ailələrdəki ailə üzvlərinin böyük əksəriyyətini uşaqlar təşkil edir. Aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara, beşdən çox uşağı olan qadınların uşaqlarına da aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət verilir.

Ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin də 48 faizə yaxını uşaqlardan ibarətdir. Ümumilikdə cari ilin 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial müavinət və ünvanlı dövlət sosial yardımı ödənilənlərin 46 faizini və ya 404 min nəfərdən çoxunu məhz uşaqlar təşkil edib. Bütün sosial ödənişlər kimi, uşaqlara yönələn sosial müavinətlər də mütəmadi olaraq artırılır və Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2016-cı il tarixli Fərmanı ilə həmin müavinətlərin növbəti dəfə artırılması təmin olunub.

Uşaq hüquqlarına qabaqcıl dünya praktikasından irəli gələn prinsiplər əsasında yanaşmanın nəticəsi kimi, son illərdə ölkə qanunvericiliyində “16 yaşınadək əlil uşaqlar” sözü “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözü ilə, habelə Nazirliyin Kollegiyasının müvafiq qərarı ilə Şaqan 1 saylı və Saray 2 saylı internat evlərinin adlarındakı “Ağıldankəm uşaqlar üçün” sözləri “Sağlamlıq imkanları məhdud uşaqlar üçün” sözləri ilə əvəz edilib. Hazırda 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 320 nəfər uşaq tam dövlət təminatında yaşayır. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə nümunəvi yaşayış şəraiti yaradılıb, uşaqların hərtərəfli qayğı ilə əhatə olunması, tibbi və reabilitasiya xidmətləri ilə təminatı üçün məqsədyönlü işlər görülüb. De-institusionalizasiya tədbirləri də gücləndirilir. Keçən il və cari ilin ötən dövründə sosial xidmət müəssisələrindən 117 nəfər doğma ailə mühitinə qayıdıb ki, onların 82 nəfəri uşaqlar olub. Bununla yanaşı, nazirliyin sosial sifarişləri əsasında Bakıda və respublikanın müxtəlif bölgələrində 1500-dək uşağın reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı həyata keçirilir. Çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqların ehtiyaclarına uyğun reabilitasiya xidmətləri, müvafiq hallarda yaşayış şəraiti ilə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq da inşa edilməkdədir.

Nazirliyin bərpa mərkəzlərində hər il xeyli sayda sağlamlıq imkanları məhdud uşaq bərpa müalicə xidmətləri ilə təmin olunur. Hazırda Nazirliyin ayrı-ayrı bərpa mərkəzləri kimi, Bakı şəhərindəki Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun şəraitin yaradılması işləri aparılır. Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil olunur. Təkcə ötən il Nazirliyin xətti ilə əvvəlki illə müqayisədə 53 faiz çox, yəni 130 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşayiəti ilə Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Cari il ərzində də bu tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Azərbaycanda uşaq hüquqları sisteminin mütərəqqi beynəlxalq prinsiplərə uyğunlaşdırılması ölkəmizin əmək qanunvericiliyini də əhatə edib. Belə ki, Beynəlxalq Əmək Təşkilatının müvafiq Konvensiyalarına uyğun olaraq ölkəmizin Əmək Məcəlləsində uşaqların işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilməklə, yaşı 18-dən az olan işçilər üçün əlavə təminatlar nəzərdə tutulub. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tərəfindən aidiyyəti qurumlarla birgə görülən məqsədyönlü işlər, ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək