İQTİSADİYYAT


Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 928 min 997-yə çatıb

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Bu ilin iyul ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 min 263 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2 min 417-si Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 7 min 846-sı isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 928 min 997-yə çatıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 131 min 257 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 365 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.