İQTİSADİYYAT
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 967 min 128-ə çatıb
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycanda təbii qazla təmin edilən abonentlərin sayı 1 milyon 967 min 128-ə çatıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin oktyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 min 806 yeni abonent qeydiyyata alınıb. Bunun da 3 min 447-si Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8 min 359-u isə regionların payına düşüb. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 967 min 128-ə çatıb.
Oktyabrda əhali sektoru üzrə 199 milyon 922 min 765 kubmetr həcmində təbii qaz satılıb, ödəniş səviyyəsi 107,83 faiz olub.
Noyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 132 min 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin edilib. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]