Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda təşkil olunan sərgilərə maraq göstərən ölkələrin sayı ildən-ilə artır

Azərbaycanda təşkil olunan sərgilərə maraq göstərən ölkələrin sayı ildən-ilə artır

Bakı, 2 aprel, Ceyhun Rüstəmov, AZƏRTAC

Aprelin 2-də Bakıda “AITF-2015” 14-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər, “Horex Caucasus-2015” 9-cu Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar və “CIBS” 2-ci Xəzər Beynəlxalq kater və yaxtalar sərgilərinin açılışı ilə beynəlxalq sərgi və konfransların növbəti ilinə start verilib. Xəzəryanı regionunun aparıcı sərgi təşkilatçısı “Iteca Caspian” şirkəti öz tərəfdaşı - Böyük Britaniyanın “ITE Group plc” şirkəti ilə birlikdə cari ildə də bir çox ixtisaslaşmış sərgi və konfranslar təşkil etməyi planlaşdırır. “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bununla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb:

- Fərid müəllim, bu gündən Azərbaycanda beynəlxalq sərgi və konfransların növbəti ilinə başlanılır. Zəhmət olmasa bu barədə oxuculara məlumat verərdiniz. 2015-ci ildə hansı sərgilərin keçirilməsi nəzərdə tutulur, “Iteca Caspian” şirkəti bununla bağlı nə kimi işlər görür?

- “Iteca Caspian” şirkəti 2015-ci ildə ölkə iqtisadiyyatının bir çox sahələrini əhatə edən 17 ixtisaslaşmış sərgi və 2 konfransın təşkilini planlaşdırır. Bu il mövsüm aprelin 2-də işə başlayan Azərbaycan Beynəlxalq turizm və səyahətlər (“AITF-2015”), Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (“HOREX Caucasus-2015”), habelə Kater və yaxtalar (“CIBS-2015”) sərgiləri ilə açılır. Bu sərgilər aktiv yay turizm mövsümü astanasında ən vacib istiqamət və xidmətləri nümayiş etdirir. Daha sonra estafeti nəqliyyat sahəsi üzrə aparıcı tədbir - Nəqliyyat, tranzit və logistika (“TransCaspian-2015”) və Yol infrastrukturu və ictimai nəqliyyat (“Road & Traffic-2015”) sərgiləri götürəcək. Bu sərgilər mayın 12-14-də təşkil olunacaq. Azərbaycanda elan olunmuş “Kənd təsərrüfatı ili” ilə əlaqədar olaraq, tərəfdaşımız “Caspian Event Organisers” (CEO) şirkətinin təşkil etdiyi Azərbaycan Beynəlxalq qida sənayesi (“WorldFood Azerbaijan-2015”) və Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“Caspian Agro-2015”) sərgilərinə marağın artması müşahidə edilir. Mayın 21-23-də keçiriləcək bu sərgilərdə 250-dən artıq şirkətin iştirakı planlaşdırılır. Həmişəki kimi, regiondakı energetika bazarının iştirakçılarını qiymətləndirmək üçün ən yaxşı platforma qismində iyunun 2-5-də keçiriləcək 5-ci Xəzər Beynəlxalq energetika və alternativ enerji (“Caspian Power-2015”) sərgisi və regionun ən böyük ixtisaslaşmış 22-ci Beynəlxalq Xəzər neft və qaz (“Caspian Oil and Gas-2015”) sərgi və konfransları çıxış edəcək.

Qısa fasilədən sonra isə sentyabr ayında payız sərgi mövsümünün açılışı olacaq. Bu mövsümdə bir sıra beynəlxalq sərgilər - 21-ci Azərbaycan Beynəlxalq səhiyyə (“BIHE-2015”), 9-cu Beynəlxalq gözəllik və estetik tibb (“Beauty Azerbaijan-2015”), 9-cu Beynəlxalq təhsil (“Education-2015”), 9-cu Beynəlxalq karyera (“Career-2015”), 21-ci Beynəlxalq inşaat (“BakuBuild-2015”), 8-ci Beynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri (“Aqua-Therm Baku-2015”), 8-ci Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri” (“CIPS Caspian-2015”), 6-cı Beynəlxalq ətraf mühit (“СТЕ-2015”) və 21-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları (“Bakutel-2015”) sərgiləri təşkil olunacaq. 2014-cü ildə böyük uğur qazanmış Xəzər Beynəlxalq su texnologiyaları (CATEC) və Azərbaycan Beynəlxalq müdafiə sənayesi (ADEX) sərgiləri isə əvvəlcədən planlaşdırıldığı kimi, 2016-cı ildə keçiriləcək.

- Sizcə, bu sərgi və konfranslar ötən il keçirilmiş eyni tədbirlərdən nə ilə fərqlənəcək?

- Bu il biz sərgilərdə iştirak edən şirkətlərin və təmsil olunan ölkələrin sayca artacağını gözləyirik. Məsələn, 14-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər (“AITF-2015”) sərgisində 42 ölkə iştirak edir və bu, Azərbaycanda təşkil olunan bütün sərgilərlə müqayisədə rekord göstəricidir. Bəzi sərgilərin isə ekspozisiya sahəsi genişlənmişdir. Builki sərgi iştirakçılarının 50 faizdən çoxu debütantdır və onlar Azərbaycandakı sərgidə müvafiq sahə üzrə ən son texnologiyaları təqdim edəcəklər. Məhz buna görə də əminəm ki, bizi yeni müqavilələrin imzalanması və birgə müəssislərin təsis edilməsi ilə nəticələnəcək maraqlı və məhsuldar sərgi ili gözləyir.

- Builki sərgilərə hansı yeni ölkələr qatılacaq?

- Azərbaycanda təşkil olunan sərgilərə maraq göstərən ölkələrin sayı ildən-ilə artır. Bir qədər öncə mən turizm sərgisinin rekord göstəriciyə imza atdığını vurğuladım. Bu il 42 ölkə arasında Avstraliya sərgidə ilk dəfə təmsil olunur və məhz bu il “AITF-2015” sərgisində Maldiv adalarının milli stendi yer alacaq. Maldiv adalarını təmsil edən şirkətlər daha əvvəl də sərgiyə qatılıblar, lakin onlar bu il ilk dəfə milli stendlə iştirak edəcəklər. 21-ci Azərbaycan Beynəlxalq qida sənayesi (“WorldFood Azerbaijan-2015”) sərgisində isə Əlcəzair, Argentina və Koreya şirkətləri debütantdırlar. Turizm mövsümü yenicə başlandığına görə mən bütün statistik məlumatları hələlik qeyd edə bilmirəm. Lakin bir çox dövlətlər Azərbaycanda mövcud olan sabit iqtisadi vəziyyət və respublikamızın beynəlxalq müstəvidə qazandığı nüfuz sayəsində ölkəmizə potensial tərəfdaş kimi baxır.

- Bildiyimiz kimi, 2015-ci il respublikamızda “Kənd təsərrüfatı ili” elan olunub. Həmçinin, iyun ayında Bakıda birinci Avropa Oyunları keçiriləcək. Sərgilər mövsümündə bu sahələrlə bağlı nə kimi yeniliklər olacaq?

- Bu ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi şübhəsiz ki, sənayenin inkişafına müsbət təsir göstərərək bütün əlaqədar strukturların diqqətini qida sənayesinin potensialına cəlb edir. Biz yerli və xarici şirkətlərin “WorldFood Azerbaijan-2015” və “CaspianAgro” sərgilərinə göstərdikləri böyük maraq sayəsində bunu görürük. Bu il ənənəvi olaraq eyni tarixdə təşkil olunan sərgilər Bakı Ekspo Mərkəzinin iki salonunu və xarici meydançasını əhatə edəcək. Milli ekspozisiyaların çoxluğu bu ilin fərqləndirici xüsusiyyətidir. Öz milli stendləri ilə çıxış edəcək ölkələr arasında Argentina, Avstriya, Əfqanıstan, Belarus, Litva və Niderland Krallığını qeyd edə bilərəm.

O cümlədən Azərbaycanın müxtəlif bölgələrini təmsil edən fermer və biznesmenlərdən ibarət böyük nümayəndə heyətlərini sərgilərə cəlb etmək istəyirik ki, onlar kənd təsərrüfatı və qida sənayesi sahələrindəki ən son texnologiya və nailiyyətlərlə yaxından tanış ola bilsinlər. Qeyd etməliyəm ki, fermerlər də “CaspianAgro” sərgisinin kənd təsərrüfatı sahəsindəki yeniliklərlə tanış olmaq və bazarın fəal iştirakçıları ilə danışıqlar aparmaq üçün ən yaxşı platforma olduğunu bildirirlər. Biz bütün mütəxəssisləri mayın 21-23-də “CaspianAgro-2015” sərgisini ziyarət etməyə, habelə yeni avadanlıq və texnologiyalarla tanış olmağa dəvət edirik. Şübhəsiz ki, “CaspianAgro-2015” sərgisi Azərbaycanın inkişaf edən kənd təsərrüfatı ilə birlikdə, investisiya yatırımının, eləcə də ərzaq bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artmasına da töhfə verəcək.

O ki qaldı birinci Avropa Oyunlarına, sözsüz, iyunda keçirilməsini səbirsizliklə gözlədiyimiz möhtəşəm idman bayramı sərgilərdə əks olunmaya bilməzdi. “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsi hələ ötən ildən etibarən sərgilərdə iştirak edir və öz stendində bu möhtəşəm tədbiri müşayiət edəcək sərgilərin, eləcə də xidmət və yeniliklərin təqdimatını keçirir. “AITF-2015” turizm sərgisində də Təşkilat Komitəsinin böyük stendi təqdim olunur və burada birinci Avropa Oyunlarına hazırlıq xüsusunda, eləcə də Oyunlarda iştirak üçün biletlərin internet vasitəsilə sifarişi və satın alınması barədə tam məlumat əldə etmək mümkündür.

Mən, həmçinin fürsətdən istifadə edərək, informasiya tərəfdaşımız olan AZƏRTAC ilə əməkdaşlıq etməkdən məmnun olduğumuzu bildirmək istərdim. Sizə sərgilərdə uğurlu iş arzulayır və oxucularınızı təşkil etdiyimiz sərgilərə dəvət edirəm.

- Çox sağ olun, müsahibəyə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq