İQTİSADİYYAT


Azərbaycanda tətbiq olunan “elektron imza” Avropa İttifaqı ölkələrində tanınacaq

A+ A

Bakı, 14 yanvar, Elvira Məmmədova, AZƏRTAC

Azərbaycanda tətbiq olunan “elektron imza” Avropa İttifaqı ölkələrində tanınacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup deyib.

K.Rup qeyd edib ki, səfərinin məqsədi elektron imza, elektron xidmətlər və kibertəhlükəsizlik sahələri üzrə Avstriyada əldə olunan nailiyyətlərlə yerli mütəxəssisləri tanış etməkdir. Eyni zamanda, bu texnologiyanın Azərbaycanda tətbiq olunması üsullarının müəyyən olunmasıdır.

Avstriyalı mütəxəssisin sözlərinə görə, növbəti addımın yalnız “Elektron hökumət” deyil, sərhədlər üzərindən qarşılıqlı “elektron imza” sertifikatlarının tanınması və digər məsələlərlə bağlı danışıqların aparılması olacaq. “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində elektron imzaların qarşılıqlı tanınması məsələləri ilə məşğul olacaq işçi qrupu da yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.