ELM VƏ TƏHSİL
Azərbaycanda turizm, mehmanxana və qida sənayesinin inkişafi ilə bağlı elmi-praktik konfrans
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali təhsil ocağının mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Azərbaycanda turizm, mehmanxana və qida sənayesi: bu günü və gələcək inkişafi” mövzusunda gənc tədqiqatçıların respublika elmi-praktik konfransı keçirilib. Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ATMU-nun tələbələri ilə yanaşı, Texniki, Kooperasiya və Qərb universitetlərinin tələbələri də iştirak ediblər.
ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov konfransın əhəmiyyətindən danışıb, iştirakçılara gələcək elmi fəaliyyətlərində
uğurlar arzulayıb.
Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev konfransın gedişatı barədə məlumat verib.
Sonra konfrans işini dörd bölmədə davam etdirib.
Konfransın yekununda fərqlənən tələbələrə hədiyyə və sertifikatlar təqdim olunub.