İQTİSADİYYAT


Azərbaycanda turizmin inkişafı barədə “Turizm xəbərləri"jurnalında müsahibə dərc olunub

A+ A

Qahirə, 19 avqust, АZƏRTAC

Azərbaycanın Misirdəki konsulu Emil Rəhimov "Turizm xəbərləri" jurnalına müsahibə verib. Azərbaycanın turizm sahəsində əvvəlki illərdən fərqli olaraq indi daha çox diqqət mərkəzində olması və apardığı təbliğatın sayəsində uğurlar qazanması müsahibədə söhbətin əsas mövzusunu təşkil edib. Son vaxtlar Azərbaycan ilə Misir arasında turizm sahəsində müxtəlif qurumlar, şirkətlər arasında bağlanan saziş və razılaşmalar sayəsində ikitərəfli əlaqələrin inkişafında xeyli işlər görülüb.

E.Rəhimov müsahibəsində Azərbaycanın turizm sahəsində son dövrlərdə qazandığı uğurlardan danışıb və ölkəmizin turizm imkanları haqqında geniş məlumat verib. Azərbaycanın mədəni-tarixi abidələri, təbiət gözəllikləri ilə yanaşı, keçirilən beynəlxalq əhəmiyyətli yarışlardan, musiqi festivallarından bəhs olunub, paytaxt Bakının qədimliyin və müasirliyin sintezini özündə cəmləyən müstəsna bir məkan olduğu oxucuların diqqətinə çatdırılıb.

Müsahibədə Azərbaycanın mətbəxi və kulinariyası, musiqisi, incəsənəti, təbiəti və iqlimi haqqında informasiyaya geniş yer verilib. Həmçinin, qeyd olunub ki, Azərbaycan təkcə öz zəngin tarixi, mədəniyyəti, təbiəti, mətbəxi ilə yox, hazırda müasir tələblərə, beynəlxalq standartlara cavab verən turizm məkanları ilə müxtəlif bölgələrində öz qonaqlarını yüksək səviyyədə qarşılaması ilə də çox cəlbedicidir.

Аsya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.