CƏMİYYƏT


Azərbaycanda uşaqlar ixtisaslaşdırılmış nevroloji müayinə və müalicə xidmətləri ilə əhatə olunublar

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də genofondumuzun qorunmasıdır. Bu məqsədlə Azərbaycanda son illərdə uşaqların sağlamlığının mühafizəsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Görülən işlər sırasında uşaq xəstəliklərinin erkən diaqnostikası məsələləri mühüm yer tutur. Uşaqlar arasında yayılan patologiyaların profilaktikasında onların icbari dispanserizasiyadan keçirilməsinin xüsusi rolu var.

Pediatriya sahəsində qazanılan nailiyyətlərlə ön sıralarda olan Səhiyyə Nazirliyinin Uşaq Nevroloji Xəstəxanası da digər profilli xəstəxanalar kimi, uşaqlara ixtisaslaşdırılmış nevroloji müayinə və müalicə xidmətləri təqdim edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 1969-cu ildən fəaliyyət göstərən müəssisədə 40-ı nevropatoloq olmaqla 68 həkim və 88 orta tibb işçisi azyaşlılara xidmət edir. Xəstəxana 2011-ci ilin dekabr ayında tam təmir olunaraq istifadəyə verilib. Altımərtəbəli binanın hər bir şöbəsində quraşdırılan müasir avadanlıqlar vaxtında dəqiq diaqnoz qoymağa imkan verir. Xəstəxanada intensiv terapiya palatası, ultrasəs müayinəsi, exokardioqramma, qanalma otaqları, oftalmologiya, elektroensefaloqrafiya - beyin rentgeni kabineti və laboratoriyalar fəaliyyət göstərir. Altıncı mərtəbədə müalicə-bərpa şöbəsi, müalicə-bədən tərbiyəsi salonu yaradılıb. Lazımi avadanlıqla təchiz edilən salonda uşaqlar sağlamlıqlarını bərpa edirlər. Masaj və fizioterapiya kabinetlərindəki avadanlıqlar ən son texnologiyalara uyğundur.

Məlumatda bildirilir ki, bu ilin altı ayı ərzində xəstəxanaya 11 mindən çox uşaq müraciət edib. Onların 1455-i stasionar müalicəyə cəlb olunub. Müalicə alanlardan 416-sı ümumi şöbəyə, 262-si diaqnostika şöbəsinə, 255-i yenidoğulmuşların patologiyası şöbəsinə, 250-si uşaq selebral iflici şöbəsinə, 103-ü kəskin süst ifliclərin differensial diaqnostikası şöbəsinə, 95 nəfəri isə reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib. Zəruri müalicə aldıqdan sonra 1381 xəstə evə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.