Azərbaycanda xarici borclanma ilə bağlı strategiya hazırlanır
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycanda xarici borclanma ilə bağlı strategiya hazırlanır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Ziyad Səmədzadə bildirib ki, bu gün Azərbaycan dünyada ən az xarici borcu olan on ölkədən biridir. “Hesab edirəm ki, biz borclanmaya getməliyik. Çünki borc almayan və verməyən ölkəyə kredit verilmir. Ona görə Azərbaycan da xarici borclanmaya getməlidir. Biz xarici borclanmaya getməklə müasir texnoloji avadanlıqlar almalıyıq. Bu olmadan iqtisadiyyatı inkişaf etdirə bilmərik”, - deyə komitə sədri vurğulayıb.
Z.Səmədzadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanan xarici borclanma ilə bağlı xüsusi strategiya daha məsuliyyətli yanaşmanı təmin edəcək. Bu borclanma iqtisadiyyatımızın daha da inkişafına təkan verəcək. Lakin hər istəyən borc ala bilməyəcək. Çünki bütün borclar ekspertizadan keçəcək. Lazımsız borclanmaya gedənlər isə məsuliyyətə cəlb olunacaq. Artıq bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər də edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [21:16]
Sürücülərin nəzərinə
- 19.09.2026 [20:22]
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
- 19.09.2026 [10:11]
Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var
- 18.09.2026 [22:23]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
- 18.09.2026 [20:45]
® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]