CƏMİYYƏT


Azərbaycanda yaşayan və işləyən Rusiya vətəndaşları səfirlikdə yaradılan seçki məntəqəsində səs verirlər

A+ A

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Rusiya Federasiyasının 7-ci çağırış Federal Məclisinin Dövlət Dumasına seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda daimi və ya müvəqqəti yaşayan Rusiya vətəndaşlarının səsverməsi üçün Bakıda, Rusiyanın ölkəmizdəki səfirliyində seçki məntəqəsi açılıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin səsvermədə iştirak edib.

Səfir qeyd edib ki, ictimai rəy sorğuları Rusiyanın daxili və xarici siyasətdə mövcud siyasi kursunun davam edəcəyinə dair əsaslar verir. Dövlət Duması deputatlarının yarısı birmandatlı seçki dairələri üzrə seçilir. Rəy sorğularının nəticələrinə görə, hakim partiyanın aparıcı namizədləri liderdirlər.

V.Doroxin Bakıda səsvermənin demokratik və yüksək səviyyədə keçirilməsinə dəstəyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.