CƏMİYYƏT


Azərbaycanda yaşlı insanların sayı artıb

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycanda hazırda yaşı 65 və ondan yuxarı insanların sayı 597 min 500 nəfərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi statistik məcmuəsində məlumat verilib.

Statistik rəqəmlər bu il Azərbaycanda yaşlı insanların sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, yaşı 65 və ondan yuxarı insanların sayı 1990-cı ildə 341 min 200 nəfər, 2005-ci ildə 547 min 400 nəfər, 2010-cu ildə 535 min nəfər, 2014-cü ildə 553 min 700 nəfər, 2015-ci ildə isə 570 min 700 nəfər olub.

Rəsmi nəşrdə o da bildirilir ki, ölkəmizdə 2016-cı ilin əvvəlinə 14 yaşınadək əhalinin sayı 2 milyon 186 min 200 nəfər, 15-64 yaşlı əhalinin sayı isə 6 milyon 921 min 200 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.