ELM VƏ TƏHSİL
Azərbaycanda yeni elektron tədris-idarəetmə sisteminin tətbiqinə başlanılıb
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihə üzrə ali təhsil müəssisələrində tədris prosesinin Bolonya sisteminə uyğun təşkilini təmin edən elektron idarəetmə sistemi hazırlanıb. Yeni tədris ilindən etibarən bu layihə ilk dəfə Dövlət Gömrük Komitəsinin Akademiyasında tətbiq edilir. Bu sistemi fərqləndirən əsas cəhət tədris materiallarının audio, video və digər formatlarda təqdim olunması, e-imtahanların keçirilməsi, yazılı imtahan vərəqələrinin “barkod” oxuma sistemi vasitəsilə insan müdaxiləsi olmadan təşkili və digər innovativ funksiyalara malik olmasıdır.
Layihə nüfuzlu beynəlxalq informasiya-kommunikasiya texnologiyaları təsisatlarının diqqətini cəlb edib. Belə ki, bu sistemin noyabr ayında İrlandiyanın Dublin şəhərində keçiriləcək “Web-Summit 2014” qlobal sərgi-konfransında təqdimatı nəzərdə tutulub.