İQTİSADİYYAT


Azərbaycandakı makroiqtisadi çərçivə, fiskal və monetar siyasət alətləri müzakirə edilib

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycandakı makroiqtisadi çərçivə, fiskal və monetar siyasət alətləri müzakirə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, müzakirələr mərkəzin icraçı direktoru Vüsal Qasımlının Azərbaycanda səfərdə olan Dünya Bankının makroiqtisadi və fiskal idarəetmə üzrə mütəxəssisi xanım Naoko Kojo ilə görüşündə aparılıb.

Ölkədə iqtisadi prosesləri, iqtisadi-siyasi məsələləri müzakirə etməkdə maraqlı olan qonaq Azərbaycanda yeni yaradılan strateji yol xəritəsinin maraq doğurduğunu bildirib və bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Görüşdə ölkədəki makroiqtisadi çərçivə, fiskal və monetar siyasət alətləri müzakirə edilib. Qonağa biznes mühitinin yaxşılaşdırılması ilə bağlı aparılan islahatlar barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.