ELM VƏ TEXNOLOGİYA


“Azərbaycandan dünyaya doğan günəş – Seyid Yəhya Şirvani və xəlvətilik” kitabı çapdan çıxıb

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin “Azərbaycandan dünyaya doğan günəş – Seyid Yəhya Şirvani və xəlvətilik” kitabı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabda Azərbaycanda təşəkkül taparaq bütün dünyaya yayılan xəlvətilik təriqətinin ikinci böyük piri, XV əsr böyük Azərbaycan mütəsəvvifi Seyid Yəhya Bakuvinin həyatı və yaradıcılığı, həmçinin xəlvətilik, onun silsiləsi, qaynaqları, şeyxləri haqqında ilkin mənbələr əsasında geniş məlumat verilir. Seyid Yəhyanın farsdilli əsərlərinin əksəriyyətini dilimizə tərcümə edən N.Məmmədli kitabda bu əsərlərin geniş elmi təhlilini verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.