İQTİSADİYYAT


Azərbaycandan keçməklə Ukraynadan Mərkəzi Asiyaya 2 mindən çox vaqon hərəkət edib

A+ A

Bakı, 13 oktyabr, Elvin Camalov, AZƏRTAC

Bu il ərzində Azərbaycandan keçməklə Ukraynadan Mərkəzi Asiyaya hərəkət edən dəmir yolu yük vaqonlarının sayı 2 min ədədi üstələyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, ötən il bu istiqamətdə Azərbaycandan keçən vaqonların sayı 460 olduğu halda, bu il onların sayı 2 min ədədi üstələyib. Zaman keçdikcə də ölkədən keçən tranzit yüklərin həcminin artırılması davam edəcək, bu istiqamətdə axtarışlar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.