Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabının təqdimatı olub [YENİLƏNİB] VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Bakıda “Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” (Discover Azerbaijan: Baku 2015 edition) kitabının təqdimat mərasimi keçirilib. Kitabın layihə direktoru Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər partiyasının nümayəndəsi “Senate Consulting Ltd” şirkətinin təsisçisi Lord Devid Evansdır.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Milli Məclisin sədr müavini Bahar Muradova, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, “Bakı-2015” birinci Avropa Oyunlarında yüksək nəticələrə nail olmuş Azərbaycan idmançıları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan SOCAR-ın vitse-prezidenti, layihənin həmrəhbəri Rəfiqə Hüseynzadə son illərdə Azərbaycanın sürətli inkişafı, yeni ideyaları, möhtəşəm tədbirlərə ev sahibliyi etməsi ilə dünyada tanındığını diqqətə çatdırdı. Azərbaycanda keçirilən tədbirlərin unikallığı və yüksək təşkilatçılıq səviyyəsi ilə fərqləndiyini xüsusi vurğulayan layihənin həmrəhbəri bildirdi ki, bu tədbirlərdən ən mühümü dünya idman tarixinə qızıl hərflərlə yazılmış birinci Avropa Oyunlarıdır. Bu, Oyunlar ilk dəfə Azərbaycanda təşkil olundu. Prezident İlham Əliyevin dediyi kimi, bu Oyunların standartlarını məhz Azərbaycan yaratdı.

R.Hüseynzadə Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gərgin səyləri nəticəsində bu idman hadisəsinin bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu vurğuladı. Qeyd etdi ki, “Bakı-2015” ilk Avropa Oyunları ilə ölkəmiz zəngin mədəniyyətini, qonaqpərvərliyini, dinamik inkişafını da dünyaya göstərə bildi.

Azərbaycanın və dünya idmanının tarixində parlaq hadisə olan birinci Avropa Oyunları ilə bağlı fundamental kitabın hazırlanması zərurəti ortaya çıxanda bu mühüm missiyanı ölkəmizə dəfələrlə səfər edən, Azərbaycana heyran olan Lord Evans öz üzərinə götürdü. Bu barədə danışan R.Hüseynzadə bildirdi ki, kitabda birinci Avropa Oyunlarının gündəlik icmalı, yarışlara dair informasiyalarla yanaşı, Azərbaycanın qədim tarixi, zəngin milli mətbəxi, musiqisi və mədəniyyəti haqqında məlumatlar da geniş əksini tapıb.

Layihənin həmrəhbəri kitabın ərsəyə gəlməsində əməyi olan şəxslərə, o cümlədən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, Lord Evansa və digərlərinə minnətdarlığını bildirdi, nəşrin ölkəmizin dünyada geniş təbliği baxımından əhəmiyyətini xüsusi vurğuladı.

Daha sonra “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirildi.

Gənclər və idman naziri Azad Rəhimov kitabın böyük əhəmiyyət kəsb etdiyini bildirərək layihənin reallaşdırılmasında əməyi olanlara minnətdarlığını çatdırdı. Vurğuladı ki, dünyanın diqqət mərkəzində olan “Bakı-2015” birinci Avropa Oyunları yalnız idman yarışı deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının, qazandığı uğurların, sosial-iqtisadi inkişafının göstəricisi idi.

“Bu gün Azərbaycan əldə etdiyi mühüm uğurlarla fəxr edə bilər”, - deyən nazir vurğuladı ki, ulu öndər Heydər Əliyev Azərbaycanı dünyaya neft-qaz ölkəsi kimi tanıtdı. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə isə ölkəmiz mühüm regional layihələrin təşəbbüskarına və icraçısına çevrildi.

A.Rəhimov ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərin, o cümlədən “Eurovision” mahnı müsabiqəsinin və “Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanın qazandığı uğurların təbliği baxımından yaxşı fürsət olduğunu diqqətə çatdırdı.

Nazir dedi ki, birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan bu mühüm idman yarışının beynəlxalq standartlarını yaratdı. Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən möhtəşəm hazırlıq və təşkilatçılıq işləri nəticəsində “Bakı-2015” Azərbaycan xalqının qürur mənbəyinə çevrildi, yaddaşlarda həm də parlaq mədəni tədbir kimi qaldı. Bir sözlə, bu Oyunlar ölkəmizi kəşf etmək üçün yaxşı imkan oldu.

“Bakı-2015” ilə bağlı xarici ölkələrdə keçirilən təqdimat mərasimlərinə toxunan nazir bildirdi ki, Oyunlar ərəfəsində və sonra ölkəmiz dünyanın diqqət mərkəzində oldu. Bunu “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonuna göstərilən böyük maraq aydın nümayiş etdirdi. Azərbaycan qarşıdakı illərdə ev sahibliyi edəcəyi mötəbər yarışları, o cümlədən IV İslam Həmrəylik Oyunları, Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, “Avro-2020”nin qrup mərhələsinin oyunlarını da yüksək səviyyədə təşkil edəcək.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev son illər Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını vurğuladı. Bildirdi ki, bu uğurların əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, dövlətçilik ideyaları və Prezident İlham Əliyevin müdrik rəhbərliyi dayanır.

Qeyd olundu ki, birinci Avropa Oyunları Azərbaycanın idman ölkəsi olduğunu dünyaya bir daha nümayiş etdirdi. Bu möhtəşəm idman bayramına neftçilərin böyük töhfələr verdiyini vurğulayan R.Abdullayev SOCAR-ın birinci Avropa Oyunlarının baş sponsoru olaraq idman qurğularının inşasında, şəhərimizdə aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak etdiyini diqqətə çatdırdı. O dedi ki, bu sahədə görülən işlərə ən böyük töhfə Bakı Olimpiya Stadionunun inşası olub. Bu stadion tikinti sahəsində böyük nüfuza malik beynəlxalq ekspertlər tərəfindən 2015-ci il üzrə idman qurğuları kateqoriyasında dünyada ilin ən yaxşı layihəsi elan edilib.

Birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlardan danışan Rövnəq Abdullayev “Neftçi” idman klubu təmsilçilərinin əldə etdiyi qələbələri xatırlatdı. Vurğuladı ki, “Bakı-2015”, eləcə də növbəti illərdə ölkəmizdə keçiriləcək beynəlxalq idman yarışları dövlətimizin başçısının yürütdüyü düşünülmüş siyasətin nəticəsidir.

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirdi ki, bu möhtəşəm nəşr və onun təqdimat mərasimi “Bakı-2015” birinci Avropa Oyunlarının həyəcanını bizə bir daha yaşatdı. bp Avropanın ən mühüm idman tədbirinə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsindən qürur duyur. On yeddi gün davam edən bu Oyunlar Azərbaycanın unudulmaz idman zəfərinə çevrildi.

Q.Birrel vurğuladı ki, zəngin tarixə, möhtəşəm mədəni irsə malik Azərbaycan dünyaya çox şey təqdim edə bilər. Azərbaycan bu Oyunlarda da dünyaya özünün qədim tarixini və zəngin mədəniyyətini bir daha nümayiş etdirdi. “Bakı-2015” birinci Avropa Oyunları ölkənin irsi kimi də tanınmağa başladı.

Nəşrin əhəmiyyətini xüsusi vurğulayan bp-nin regional prezidenti kitabda birinci Avropa Oyunlarının ən həyəcanlı anlarının, Azərbaycanın qitə idmanına misilsiz töhfəsinin təqdim olunduğunu bildirdi. “Azərbaycanın 20 il ərzində əldə etdiyi nailiyyətlər bu kitabda əksini tapıb. Biz bu qısa müddətdə qazanılan böyük nailiyyətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk. Azərbaycanın tərəfdaşı olan bp ölkənin bütün uğurlarında, o cümlədən idman sahəsində görülən işlərdə yaxından iştirak edir. Biz, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin tərəfdaşıyıq və ölkədə idmanın inkişafına dəstəyimizi davam etdirəcəyik. Azərbaycan idman sahəsində daha böyük uğurlar qazanmaq əzmindədir və biz də bu baxımdan onun yanındayıq” - deyə Q.Birrel qeyd etdi.

Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi, “Senate Consulting Ltd” şirkətinin təsisçisi, “Discover Azerbaijan: Baku 2015 edition” (Azərbaycanı kəşf et: “Bakı-2015” buraxılışı) kitabının layihə direktoru Lord Devid Evans nəşrin ərsəyə gəlməsində əməyi olan şəxslərə minnətdarlığını bildirdi. Ölkələrimiz arasında sıx münasibətlərin olduğunu deyən Lord Evans vurğuladı ki, nəfis tərtibatda çap edilən bu kitabda birinci Avropa Oyunları, habelə Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər əksini tapıb. Belə möhtəşəm tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edir və bununla qürur duyuruq.

Kitabda Azərbaycanın turizm imkanları barədə də ətraflı bəhs olunduğunu qeyd edən layihə direktoru dedi: “Biz Azərbaycanın qazandığı bu yüksək uğurlara görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Asiya ilə Avropa arasında gözəl məkanda yerləşən bu ölkə özündə bir çox sirləri qoruyub saxlayır. Ən böyük zirvələri fəth edən bu ölkəyə və xalqa bizim böyük hörmətimiz var. Biz bu xalqa böyük dostluq hissi ilə yanaşırıq. Bu dostluq bizi yeni nailiyyətlərə səsləyir. Bu ölkənin adı Odlar Yurdu Azərbaycandır. Möhkəm dostluq tellərinə görə sizə minnətdaram”.

Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış etdi.

“Bu kitab təkcə idman yarışlarını deyil, Azərbaycanın müasir inkişafının bütün sahələrini əhatə edərək onun əsl salnaməsini yaradıb”, - deyən Əli Həsənov layihənin ərsəyə gəlməsində xidməti olan şəxslərə Prezident Administrasiyası adından minnətdarlığını bildirdi.

Nəşrin Prezident İlham Əliyevin müsahibəsi ilə başladığını vurğulayan Əli Həsənov müsahibədə Azərbaycan Respublikasının müasir inkişafının bütün sahələrindən bəhs olunduğunu qeyd edərək dedi: “Dövlətimizin başçısı müsahibəsində iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, biznes mühiti, müasir cəmiyyət quruculuğu, xalqımızın milli-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, Azərbaycanda və Avropada idmanın inkişafında birinci Avropa Oyunlarının rolu və digər məsələlər haqqında fikirlərini bildirib”.

Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırdı ki, kitabda toplanan materiallarda müstəqillik illərində ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması, həyata keçirilən mühüm transmilli enerji layihələrinin regionun inkişafında, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti geniş təhlil edilib. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil inkişafı üçün mühüm əhəmiyyət daşıyıb, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi transmilli layihələrin həyata keçirilməsi ölkənin enerji resurslarının dünya bazarına çıxarılmasında, respublikanın tərəqqisində, beynəlxalq iqtisadi və siyasi əlaqələrinin möhkəmlənməsində müstəsna rol oynayıb. Nəşrdə bütün bu inkişaf yolu, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə həyata keçirilən siyasi kurs, müasir cəmiyyət quruculuğu, ölkədə sosial, iqtisadi və mədəni infrastrukturun qabaqcıl dünya standartları səviyyəsində yenidən qurulması barədə geniş məlumat verilib.

Son 10 ildə Azərbaycanda iqtisadiyyat üç dəfədən çox artıb, işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enib, sosial və iqtisadi infrastruktur yenidən qurulub, əhalinin rifahı əsaslı şəkildə yüksəlib. İqtisadiyyatın qeyri-neft sektorunda hər il 9-10 faiz artım müşahidə olunur. Son bir neçə ildə ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 50 faizdən çox olub, 2015-ci ilin birinci yarısında isə bu rəqəm 70 faizə çatıb. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığının azaldığını açıq şəkildə göstərir. Bütün bu faktlar nəşrdə əksini tapıb.

Əli Həsənov layihə müəlliflərinin Azərbaycanın bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynaması və artıq regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsinin də xüsusi diqqətə çatdırdıqlarını vurğuladı. Bildirdi ki, salnamə xarakteri daşıyan kitabda bu gün Azərbaycanın beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanındığı qeyd olunub. Nəşrdə, həmçinin Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, bir ailə kimi yaşadıqları və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verdikləri bildirilib, Azərbaycanın bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanındığı oxuculara çatdırılıb.

Prezidentin köməkçisi dedi ki, kitabda Azərbaycanın regionun mərkəzi ölkəsinə çevrilməsi və müxtəlif sahələrdə beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi əksini tapıb. Habelə Avropa Oyunlarının ən yüksək standartlarının Azərbaycanda müəyyənləşdirildiyi, bu nümunənin idman tarixinə yazıldığı qeyd olunub. Nəşrdə Azərbaycanın turizm infrastrukturunun inkişafı, ölkəmizin beynəlxalq turizm mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edilib.

Bu gün Bakı xarici görünüşü, müasir sosial və mədəni infrastrukturu baxımından dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb. Bununla yanaşı, Azərbaycanın regionlarında da turizm infrastrukturu sürətlə inkişaf edir, Şahdağ, Tufandağ turizm, Naftalan və Duzdağ müalicə mərkəzləri regionda və dünyada tanınır. Əli Həsənov nəşrdə ölkəmizin müasir inkişafını əks etdirən bu və digər faktların yer almasının təqdirəlayiq olduğunu bildirdi.

Prezidentin köməkçisi “Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabının Azərbaycanın elm, təhsil, mədəniyyət mərkəzlərinin ölkəmizin təbliği istiqamətində fəaliyyətinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi, nəşrin ərsəyə gəlməsinə əməyi olan şəxslərə bir daha minnətdarlığını çatdırdı.

“Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabı dünya idman tarixində ilk dəfə keçirilən birinci Avropa Oyunlarına həsr olunub. Nəşrdə Oyunların gündəlik icmalı, yarışlar və onların keçirildiyi məkanlar haqqında ətraflı məlumat verilir. Həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, təbiəti barədə oxuculara konkret və lakonik informasiya çatdırılır. İngilis dilində nəşr olunmuş kitab yalnız birinci Avropa Oyunlarının deyil, bütövlükdə Azərbaycanın xaricdə təbliği baxımından müstəsna əhəmiyyətə malikdir.

Kitabda “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın fotoşəkillərindən geniş istifadə edilib.

Nəşrin növbəti təqdimatının gələn il martın 10-da Böyük Britaniyada keçirilməsi nəzərdə tutulur.

Bakıda “Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabının təqdimatı olub [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib