CƏMİYYƏT


“Azərbaycanı tanıyaq” layihəsi gənclərin intellektual inkişafına kömək göstərəcək

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) tarix müəllimliyi ixtisasında təhsil alan, “SABAH” qrupunun tələbəsi Turqut Şabanoğlunun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun səkkizinci qrant müsabiqəsində qalib gələn “Azərbaycanı tanıyaq” gənclərarası intellektual yarış layihəsinin təqdimatı olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən tədbirdə layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihə gənclərin dünyagörüşünün formalaşmasına, onların intellektual inkişafına kömək göstərəcək.

Çıxış edənlər ölkəmizdə gənclərin bilik və bacarıqlarının, potensial imkanlarının aşkara çıxarılmasının əhəmiyyətindən söz açıblar.

Yarışın qalibləri mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.