İDMAN


Azərbaycanı təmsil edən beş qrossmeysterin adı dünyanın ən güclü şahmatçıları sırasında yer alıb

A+ A

Bakı, 1 iyul, AZƏRTAC 

Beynəlxalq Şahmat federasiyası 2016-cı il iyulun 1-nə reytinq cədvəlini təqdim edib.

AZƏRTAC xəbər verir ki, kişilərin siyahısında norveçli Maqnus Karlsenin (koeffisient 2855), qadınların siyahısında çinli Xou İfanın (2653) adı birinci yerdədir.

Dünyanın ən güclü yüz şahmatçısının siyahısında beş həmyerlimiz də yer alıb. Aktivində 2764 xal ilan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bundan əvvəlki cədvəllə müqayisədə 6 sətir yuxarı qalxaraq 12-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov 35-ci yeri tutur (2722). Yüzlüyə, həmçinin 57-ci pillədə Eltac Səfərli (2678), 74 və 75-ci pillələrdə müvafiq olaraq Arkadi Naydiç (2667) və Rauf Məmmədov (2666) daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.