SİYASƏT


Azərbaycanın Almaniyadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb

Berlin, 20 sentyabr, AZƏRTAC 

Sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar ölkəmizin Almaniyadakı səfirliyində hazırlıq işləri başa çatdırılıb. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən səsvermə günü xarici ölkələrdə olan seçicilərin səs vermələri üçün səfirlikdə seçki məntəqəsi yaradılıb. Məntəqədə vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.

Almaniyada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən poçt vasitəsilə bildirişlər göndərilib, vətəndaşlarımıza e-mail və telefonla ətraflı izahlar verilib. Ölkədə yaşayan vətəndaşlarımızın səsvermədə aktiv iştirakı üçün Almaniyanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız da bu işlərə cəlb edilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.