MƏDƏNİYYƏT


Azərbaycanın Əməkdar Artisti Azərin “15 iyul gecəsi” adlı mahnını ifa edib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi zamanı şəhid olanların xatirəsinə həsr olunmuş “15 iyul gecəsi” adlı mahnı yazılıb.

Anadolu agentliyinin məlumatına görə, mahnı Azərbaycanın Əməkdar Artisti, müğənni Azərinin repertuarında səsləndirilib. Yeni mahnı gənc bəstəkar Zümrüd Tağıyevaya məxsusdur. Sözləri türkiyəli şair Çingiz Numanoğluya aid olan mahnıya klip də çəkilib. Klipdə dövlət çevrilişi cəhdi zamanı baş verənlərə aid görüntülər yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.