MƏDƏNİYYƏT


Azərbaycanın Əməkdar Artisti London Kral Opera Teatrında çıxış edəcək

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

2017-ci ilin iyulunda London Kral Opera Teatrında Cakomo Puççininin “Turandot” operası nümayiş etdiriləcək.

AZƏRTAC London Kral Opera Teatrının saytına istinadla xəbər verir ki, iyulun 5-də, 9-da, 12-də və 15-də “Turandot” operasında Liu obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva canlandıracaq.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı təşkil olunub.

Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.