MƏDƏNİYYƏT


Azərbaycanın Əməkdar Artisti Parisdə konsert proqramı ilə çıxış edəcək

Bakı, 12 yanvar, AZƏRTAC

Yanvarın 24-də Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar Artist, pianoçu və bəstəkar Emil Əfrasiyabın caz konserti keçiriləcək. Konsert Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş assambleyası çərçivəsində reallaşacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Emil Əfrasiyab özünün “facebook” səhifəsində paylaşıb.

Emil Əfrasiyab Azərbaycanın yeni nəsildən olan aparıcı caz ifaçılarındandır. Onun yaradıcılığında Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Əsərlərində klassik musiqidə rast gəlinən harmoniya və ritmlər xüsusi yer tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.