SİYASƏT


Azərbaycanın Avstriyadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb

A+ A

Vyana, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Avstriyadakı səfirliyində 17 saylı Yasamal 3-cü seçki dairəsinin nəzdində 36 saylı seçki məntəqəsi yaradılıb. Məntəqədə səsvermə ilə əlaqədar bütün hazırlıq işləri başa çatıb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 26-da bu məntəqədə Avstriya, Sloveniya, Slovakiya, Xorvatiya və Macarıstanda yaşayan, eləcə də həmin gün Vyanada səfərdə olan və xidməti vəzifələrini icra edən Azərbaycan vətəndaşları səs verə biləcəklər.

Seçki məntəqəsində sərbəst şəkildə səs vermək üçün hər cür şərait yaradılıb və səfirliyin internet saytında referendumla bağlı zəruri məlumatlar yerləşdirilib.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.