SİYASƏT


Azərbaycanın Avstriyadakı səfirliyində yaradılmış seçki məntəqəsində 269 həmvətənimiz qeydiyyata alınıb

A+ A

Vyana, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Avstriyadakı səfirliyində 17 saylı Yasamal üçüncü seçki dairəsinin 36 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8.00-da başlayıb.

Səfirliyin müşaviri, məntəqə seçki komissiyasının sədri Rövşən Sadıqbəyli AZƏRTAC-a bildirib ki, diplomatik nümayəndəlikdə yaradılmış məntəqədə 269 Azərbaycan Respublikası vətəndaşı səsvermə üçün qeydiyyata alınıb. Bu məntəqədə Avstriyada, səfirliyin akkreditə olunduğu Slovakiya və Sloveniyada yaşayan soydaşlarımızla yanaşı, Macarıstan və Xorvatiyada yaşayan həmvətənlərimiz və Avstriyada səfərdə olan Azərbaycan vətəndaşlarının ümumxalq səsverməsinə çıxarılan məsələlərə münasibət bildirmək, səsvermənin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.

Səsvermə yerli vaxtla saat 19.00-da başa çatacaq.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.