İQTİSADİYYAT
Azərbaycanın “AzRE” təkrar sığorta şirkəti beynəlxalq reytinq alıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycanın yeganə təkrar sığorta şirkəti olan “AzRE” beynəlxalq reytinq alıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, bu barədə Almaniyanın Baden Baden şəhərində keçirilən “Azərbaycan gecəsi”ndə səslənən videomüraciətində “AzRe”nin idarə heyətinin sədri Fuad Quliyev məlumat verib. Onun dediyinə görə, oktyabrın 17-də “AM Best Rating Agentliyi” (AMBS) “AzRe”nin reytinqini açıqlayıb. Şirkətin maliyyə sabitliyi reytinqi “B+”, kredit reytinqi isə “BBB-“ səviyyəsində təsdiqlənib. Beynəlxalq reytinq şirkətin digər ölkələrdən daha keyfiyyətli riskləri qəbul etməsinə imkan verəcək.