MƏDƏNİYYƏT


Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib

A+ A

Vaşinqton, 1 iyul, AZƏRTAC 

Artıq xəbər verildiyi kimi, iyunun 29-da BMT-nin qərargahında bu il aprelin 25-27-də Bakıda baş tutan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yekunlarına həsr olunan tədbir keçirilib. BMT-dəki tədbir çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı Bəyannaməsinin hazırlanması prosesinə verdiyi töhfəyə görə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Xanım İbrahimovanın xidmətlərini qeyd edib. Dövlət başçısının Sərəncamı ilə Xanım İbrahimova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.