SİYASƏT


Azərbaycanın Baş konsulu Rusiya DİN-in Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi ilə görüşüb

A+ A

Moskva, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, general-leytenant Sergey Umnov arasında görüş keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, qəbul üçün minnətdarlığını bildirən S.Qasımov Azərbaycan Daxili İşlər Nazirliyi rəhbərliyinin salamlarını çatdırıb.

S.Umnov Baş konsulu Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibəti ilə təbrik edib.

Sultan Qasımov müstəqillik dövründə ölkəmizin keçdiyi inkişaf yolundan danışıb, qısa müddətdə beynəlxalq arenada, habelə iqtisadi sahədə qazandığı uğurları diqqətə çatdırıb. O, həmçinin bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər mehriban qonşuluq əsasında qurulub, ölkəmiz Rusiyanın bir çox şəhər və regionları, o cümlədən Sankt-Peterburqla əlaqələrin genişləndirilməsində maraqlıdır.

Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif məsələləri ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin hazırkı səviyyəsi və perspektivləri müzakirə olunub. Həmçinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müxtəlif problemlərin həlli ilə bağlı məsələlər nəzərdən keçirilib.

Səmimi və dostluq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.