SİYASƏT
Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır VİDEO
London, 13 dekabr (AZƏRTAC). Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, eləcə də səfirliyin nəzdindəki hərbi attaşe aparatının əməkdaşları, diaspor təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə səfirliyin binasında Ulu Öndərin büstü önünə gül dəstələri qoymuşlar.
Mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışmışdır.
Səfir müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat vermişdir. Xüsusi vurğulanmışdır ki, şərəfli və mənalı ömür yolunun böyük hissəsini ölkəmizin rəhbəri kimi xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır.
Birləşmiş Krallıq ilə Azərbaycan arasındakı münasibətlərin əsasının qoyulmasının Ulu Öndərin adı ilə bağlı olduğu diqqətə çatdırılmışdır.
Diplomat Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər, o cümlədən son dövrlər ölkəmizdə bir çox layihələrin həyata keçirilməsi haqqında məlumat vermişdir.
F.Qurbanov Ümummilli Liderin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulamışdır.
Tədbirdə ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən fotosərgi nümayiş etdirilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London