SİYASƏT
Azərbaycanın Britaniyadakı səfirinin “The Guardian” qəzetində ölkəmiz haqqında qərəzli fikirlərə cavab məktubu dərc olunub
London, 3 sentyabr, AZƏRTAC
Bu günlərdə Böyük Britaniyanın “The Guardian” qəzetində erməni aktivist Simon Mğakyanın milli mədəni irsimiz ilə bağlı həqiqətə uyğun olmayan məktubu dərc edilmişdi. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin qəzetdə aktivistin təxribat dolu fikirlərinə cavab məktubu dərc olunub.
Səfir qeyd edir ki, erməni aktvistin dünya mədəni irsinin qorunmasından danışaraq Azərbaycan tərəfini günahlandırması olduqca apsurtdur. Çünki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarımızda etnik təmizləmə siyasəti apararaq illərdir mədəni və tarixi irsimizi silməyə çalışan məhz Ermənistan tərəfidir. Ermənistan işğalçı əməllərini vəhşicəsinə və zorakılıqla həyata keçirir. Britaniyalı səyyah George Mitşell Ağdamı ziyarət edərkən buranı “ruh şəhər” adlandırıb və bölgənin təbiətinin, mədəni irsinin vəhşicəsinə məhv edildiyini yazıb. Ermənistan beynəlxalq təşkilatlar tərəfindən bölgədə araşdırılma aparılmasından imtina edib.
Azərbaycan bütün dini və etnik azlıqların tarixi və mədəniyyətinə hörmət ilə yanaşır və bununla fəxr edir. Bunun ən gözəl nümunəsi bizə qarşı düşmənçilik siyasəti yeritməsinə baxmayaraq, erməni kilsəsinin Bakı şəhərində illərdir mədəniyyət nümunəsi kimi saxlanılmasıdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London