MƏDƏNİYYƏT
Azərbaycanın “Çölçü” filmi daha bir Beynəlxalq festivala dəvət almışdır VİDEO
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan rejissoru Şamil Əliyevin “Çölçü” filmi daha bir Beynəlxalq festivala dəvət almışdır.
AZƏRTAC xəbər verir ki, festival bu il iyulun 11-dən 19-dək İspaniyanın paytaxtı Madriddə keçiriləcəkdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilmişlər.
“Çölçü” filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur...
“Çölçü” bədii filmi indiyədək 19 Beynəlxalq kinofestivalı və forumlarda iştirak etmiş müxtəliflara və diplomlara layiq görülmüşdür. Bu ekran 2013-cü ilin “Humay” Milli Mükafatı almışdır. Film 86-cı “Oscar” Mükafatının uzun siyahısında Azərbaycanı təmsil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]