İQTİSADİYYAT


Azərbaycanın “Caspian Coast” şərab və konyakları Rusiya bazarına daxil olur

A+ A

Bakı, 29 aprel, AZƏRTAC 

“Synergy Group” ASC Rusiyanın qabaqcıl spirtli içki distribüteri “Rusalka Qrup” ilə memorandum imzalayıb.

“Synergy Group”dan AZƏRTAC-a bildirilib ki, memorandumun əsas məqsədi Azərbaycan istehsalı olan “Caspian Coast Winery & Vineyards” şərab və konyaklarının Rusiyaya ixracını təşkil etməkdir.

“Synergy Group” ASC-nin icraçı direktoru Qüdrət Seyfullayev vurğulayıb ki, “uyğun yerli qanunvericilik, əlverişli biznes və iqtisadi mühit, eləcə də dövlətin ixraca göstərdiyi dəstək “Synergy Group”un törəmə şirkətlərinə son vaxtlarda əlavə imkanlar yaradır. Onun sözlərinə görə, holdinqin əsas məqsədi “Azərbaycan malı” olan brendlərimizin və məhsullarımızın nəinki qonşu Rusiyada, eyni zamanda Avropa və Asiyada müsbət imicini formalaşdırmaqdır.

Qeyd olunub ki, Siyəzəndə istehsal olunan “Caspian Coast” məhsulları Azərbaycan bazarında 60-a yaxın şərab və 4 konyak növü ilə tanınır. “Chirag Gala”, “Hamya”, “Shani”, “Bayan Shira”, “Matrasa”, “Cabernet-Sauvignon”, “The City of Winds” və digərləri öndə gedən brendlər sırasındadır.

Prezident İlham Əliyevin dəstəyi ilə sahibkarlığın inkişafına yönələn uğurlu siyasətin nəticəsi kimi ixracatın stimullaşdırılması iqtisadiyyatın əsas prioritetlərindən biridir. “Synergy Group” bu istiqamətdə bir sıra ciddi addımlar atıb. İmzalanmış memorandumun nəticəsi olaraq Azərbaycan şərab və konyaklarının Rusiya bazarında geniş yer tutması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.