ELM VƏ TƏHSİL


Azərbaycanın Dilçilik və Rusiyanın Dilçilik Araşdırmaları institutları arasında əlaqələr genişlənir

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Rusiya Elmlər Akademiyasının (REA) Dilçilik Araşdırmaları İnstitutunun direktoru, akademik Nikolay Kazanski ilə görüş keçirilib.

Dilçilik İnstitutundan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu rəhbərlik etdiyi qurumun fəaliyyəti, əldə olunan nailiyyətlər barədə qonağa məlumat verib.

Azərbaycan xalqına çox bağlı olduğunu deyən N.Kazanski AMEA-nın Dilçilik İnstitutu ilə mövcud əlaqələrin möhkəmlənməsi üçün bir sıra işlərin aparılmasının vacibliyini vurğulayıb.

Sonra institutun magistrləri ilə görüşən N.Kazanski onların suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.