İDMAN


Azərbaycanın Dövlət Müstəqilliyi Günü Moldovada qeyd edilib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Moldovanın paytaxtı Kişineuda yerli və azərbaycanlı idman jurnalistləri arasında futbol matçı keçirilib.

AZƏRTAC xəbər verir ki, dostluq görüşünün keçirilməsi üçün Gənclər və İdman Nazirliyinin dəstəyilə 15 nəfərdən ibarət jurnalist qrupu Moldovaya ezam olunub.

İdman Araşdırmalar Mərkəzinin də təşkilatçılığı ilə baş tutan qarşılaşmadan əvvəl Moldova Milli Olimpiya Komitəsinin baş katibi Kristina Vasilyanova təmsil etdiyi qurumun adından iştirakçıları salamlayıb, qonaq komandanın kapitanı Elnur Əşrəfoğluya xatirə hədiyyəsi təqdim edib. K.Vasilyanovaya və Moldova İdman Junalistləri Assosiasiyasının rəhbəri Eduard Çebanuya azərbaycanlı jurnalistlər adından xatirə hədiyyələri təqdim edilib.

Oyunun əvvəlində yerli komanda 2:0 hesabı ilə önə keçib. Lakin azərbaycanlı jurnalistlər buraxılan qolların əvəzini çıxıblar. Komandamızda Elnur Əşrəfoğlu və Nurani İsgəndərov fərqləniblər. Fasilədən sonra da meydan sahibləri iki dəfə hesabda önə çıxıblar. Təmsilçilərimiz Anar Məmmədovun və Gündüz Abbaszadənin qolları ilə yenidən hesabı bərabərləşdiriblər. Lakin moldovalı jurnalistlər oyunun sonunda iki qol vuraraq 6:4 hesab ilə qələbə qazanıblar.

Qarşılaşmadan sonra təşkil olunan “dəyirmi masa”da iki ölkənin idman mətbuatı arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Eduard Çebanu Azərbaycanın mötəbər idman yarışlarına ev sahibliyi etməsinin artıq ənənəyə çevrildiyini bildirib.

Azərbaycan idmançılarının müxtəlif yarışlarda qazandıqları nailiyyətlər barədə məlumat verən Elnur Əşrəfoğlu bildirib ki, Olimpiya yığmamız “Rio-2016”da əldə etdikləri 18 medalla tarixi nəticəyə imza atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.