SİYASƏT


Azərbaycanın Dövlət Müstəqilliyi Günü Sarayevoda qeyd edilib

A+ A

Sarayevo, 19 oktyabr, AZƏRTAC

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi tərəfindən Dövlət Müstəqilliyi Gününün 25 illiyi münasibətilə tədbir təşkil edilib.

Sarayevoda yaşayan Azərbaycan və türk icmalarının üzvlərinin, tələbələrin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən diplomatik nümayəndəliyin müşaviri İsmayıl Cəfərov Azərbaycanın müstəqillik tarixi barədə məlumat verib. O, müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə Azərbaycanda yaradıldığını bildirib. Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq dövlət müstəqilliyini bərpa etdiyini bildirən diplomat müstəqilliyin bərpası və qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin tarixi missiyasından bəhs edib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, dünyadakı yeri möhkəmlənib. Azərbaycan artıq siyasi, iqtisadi, idman, səhiyyə və s. tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını dünya qəbul edir. Bütün bunlar Azərbaycanın artan nüfuzundan və müstəqilliyimizin əbədiyaşarlığından xəbər verir.

Daha sonra tədbirdə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib, müasir Azərbaycanın inkişafından və turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş olunub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.