İQTİSADİYYAT
Azərbaycanın “Emitentlərin ödəmə qabiliyyəti reytinqi” “BBB-“ səviyyəsində təsdiq edilib
Bakı, 30 sentyabr (AZƏRTAC). “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici və milli valyuta “Emitentlərin ödəmə qabiliyyəti Reytinqi”ni (İDR-Issuer Default Ratings) “BBB-“ səviyyəsində təsdiq edib. Proqnoz isə “Stabil”dir.
Azərbaycanın təmin olunmamış xarici və yerli valyuta istiqrazlarının buraxılışı “BBB-“də”, ölkə tavanı “BBB-də” və qısamüddətli xarici valyuta İDR-i “F3” səviyyəsində təsdiq olunub.
“Fitch” Azərbaycanda ümumi daxili məhsulun bu il 3,3 faiz, 2015 və 2016-cı illərdə isə müvafiq olaraq 3,5 faiz və 4 faiz artacağını proqnozlaşdırır.
“Emitentlərin ödəmə qabiliyyəti reytinqi” işgüzar sektorun ödəmə qabiliyyətini, yəni “bankrot” ola bilmə riski həddini göstərir.
“Fitch Ratings”in təsnifatına görə, “BBB-“ aşağı - orta risk dərəcəsini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]