CƏMİYYƏT


Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə İsrailə yola düşüb

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

İsrail Dövləti Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, bu ölkədə tüğyan edən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işləri başa çatdırılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin təyyarə lazımi yanğınsöndürmə avadanlığı ilə birgə noyabrın 25-də günorta saatlarında İsrailə yola düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.