İQTİSADİYYAT


Azərbaycanın Gömrük Xidməti Dünya Gömrük Təşkilatının Siyasi Komissiyasına üzv seçilib

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Gömrük Xidməti Dünya Gömrük Təşkilatının (DGT) Siyasi Komissiyasına üzv seçilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 14-16-da Brüsseldə Dünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 127/128-ci sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi də iştirak edib.

İyulun 16-da bir sıra ikitərəfli sazişlərin imzalanması ilə davam edən sessiyada daha sonra seçkilər keçirilib. İlk olaraq DGT Siyasi Komissiyasına, Maliyyə və Audit komitələrinə namizədlər təsdiqlənib. Azərbaycan Respublikasının Gömrük Xidməti Dünya Gömrük Təşkilatının Siyasi Komissiyasına üzv seçilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Gömrük Xidməti ilk dəfə 2000-ci ildə Dünya Gömrük Təşkilatının bu ali qurumuna üzv seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.