İQTİSADİYYAT
Azərbaycanın İKT məhsulları Belarus sərgisində nümayiş olunacaq
Bakı, 12 aprel, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycan şirkətləri bir neçə gündən sonra İKT sahəsi üzrə Belarusda keçirilən sərgidə iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu barədə IV Beynəlxalq “Caspian Energy” forumunda məlumat verib.
Nazir müavini, həmçinin bildirib ki, yaxın vaxtlarda Moskva şəhərində də Azərbaycanın milli pavilyonunun açılması gözlənilir. Pavilyonda ölkəmizin özəl şirkətləri İKT üzrə məhsullarını nümayiş etdirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]