SİYASƏT
Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
İstanbul, 1 yanvar, АZƏRTAC
Yanvarın 1-də İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubunda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın baş konsulluğunda “qaynar xətt” yaradılıb.
İlkin məlumata görə, yaralılar arasında Azərbaycanın iki vətəndaşı olub. Onlardan biri artıq evə buraxılıb.
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev AZƏRTAC-a bildirib ki, həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, o cümlədən zərərçəkənlər arasında digər vətəndaşlarımızın olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, terror aktı nəticəsində həlak olan 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i xarici ölkə vətəndaşlarıdır. Xəsarət alan 65 nəfərdən dördünün vəziyyəti ağırdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]