SİYASƏT
Azərbaycanın Kanadadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Kanadadakı səfirliyində 17 saylı Yasamal 3-cü seçki dairəsinin nəzdində 40 saylı seçki məntəqəsi yaradılıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məntəqədə vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.
Kanadada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən vətəndaşlarımıza bildiriş göndərilib və telefonla ətraflı izahatlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]