SİYASƏT


Azərbaycanın Latviyadakı səfirliyində yaradılan seçki məntəqəsində heç bir pozuntu halı qeydə alınmayıb

Riqa, 26 sentyabr, AZƏRTAC

Referendumla əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində yaradılan seçki məntəqəsində də səsvermə başa çatıb.

Səfirlikdə yaradılmış 16 saylı Yasamal II seçki dairəsinin tərkibində daxil olan 37-ci seçki məntəqəsində komissiya üzvləri tərəfindən müşahidəçilərin iştirakı ilə seçki qutuları açılıb, bülletenlər sayılıb və nəticələr Mərkəzi Seçki Komissiyasına göndərilib.

Seçki məntəqəsində heç bir pozuntu halı qeydə alınmayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.