İQTİSADİYYAT


Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi müzakirə olunub

A+ A

Bakı, 4 iyul, AZƏRTAC 

İyulun 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, MHŞT üzrə Beynəlxalq Katibliyin nümayəndələri Diveke Roqan və Tatyana Sedovanın iştirakı ilə keçirilən ÇQ-nin iclasında Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti Qiymətləndirmə prosesi müzakirə olunub.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.