SİYASƏT


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi anılıb

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçular M.İbrahimovun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirdə Milli Qəhrəmanın həyat yoluna nəzər salınıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs edilib. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gənclərə örnək olacaq ad-san qoyub.

Sonra Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Tədbirin sonunda Müdafiə Nazirliyinin hərbi qulluqçuları M.İbrahimovun ailəsinə baş çəkərək, valideynləri ilə görüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.