ORDU
Azərbaycanın Müdafiə Nazirliyi: Cəbhədə düşmənin beş hərbi qulluqçusu məhv edilib VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Ermənistan tərəfi rəsmi açıqladığı kimi, üç hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha iki əsgərini - Myasnik Ovanisyanı və Vardan Harutyunyanı da itirib. Beləliklə, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.
Bu barədə dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı yayılan məlumatla əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildiriblər.
“Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib. Ermənistan həmişə olduğu kimi, ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.