MƏDƏNİYYƏT
Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Budapeştdə sərgi açılıb
Budapeşt, 14 oktyabr, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfirliyi dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirir.
Budapeştdə fəaliyyət göstərən Azərbaycan-Macarıstan Mədəniyyətlərarası Dialoq Fondu ilə birlikdə gənc rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Mərziyə İbrahimovanın fərdi sərgisinin təşkili bu silsilədən növbəti tədbirdir.
Səfir Vilayət Quliyevin və fondun direktoru Sevinc Mücirinin iştirakı ilə açılan sərgini macar sənətsevərlər böyük maraqla qarşılayıblar. Rənglərin əlvanlığı, milli koloritin güclü ifadəsi, Azərbaycan təbiətinin gözəlliklərinin özünəməxsus təsviri ilə seçilən tablolar onlarda xoş təəssürat yaradıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]