CƏMİYYƏT


Azərbaycanın Müstəqillik Günü münasibətilə Braziliyada şahmat turniri keçirilib

A+ A

Bakı, 20 noyabr, AZƏRTAC

Ölkəmizin Braziliyadakı səfirliyinin dəstəyi ilə Rio-de-Janeyro şəhərində Azərbaycanın adını daşıyan bələdiyyə məktəbinin şagirdləri arasında dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.

Tədbirdə çıxış edən səfir Elnur Sultanov bu il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd edildiyini bildirib.

Ölkəmizin şahmat ənənələri haqqında danışan səfir sentyabrın 1-dən 14-dək Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasının əhəmiyyətini vurğulayıb. Səfir Azərbaycan adına bələdiyyə məktəbində şahmat turnirinin təşkil edilməsini əlamətdar hadisə kimi qiymətləndirib və bunun həm şagirdlərin Azərbaycan haqqında biliklərinin, həm də onların idmanın bu növünə olan marağının artmasına xidmət edəcəyinə əminliyini bildirib.

Sonra məktəbin direktoru Fabio Milioni şahmat yarışının keçirilməsinə, həmçinin məktəbə göstərilən dəstəyə və diqqətə, burada müxtəlif layihələrin uğurla reallaşdırılmasına görə səfir E.Sultanova dərin təşəkkürünü bildirib. O, belə tədbirlərin şagirdlərin Azərbaycan haqqında biliklərinin artmasına xidmət etdiyini bildirərək, gələcəkdə bu kimi layihələrin davam etdirilməsində maraqlı olduğunu deyib.

Sonda səfir Elnur Sultanov turnirin qaliblərinə dəyərli hədiyyələr təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.