ELM VƏ TƏHSİL
Azərbaycanın “Neuron Technologies” şirkəti Qırğızıstanda beynəlxalq tenderdə iştirak edir
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycanın “Neuron Technologies” şirkəti Qazaxıstanda fəaliyyət göstərən tərəfdaş şirkətlə konsorsium yaradaraq, bu ölkədə keçirilən beynəlxalq tenderdə iştirak edir. Tender Qırğızıstanın “Manas” beynəlxalq hava limanının elan etdiyi elektron sənəd dövriyyəsinin və kargüzarlığın yaradılması və tətbiqi üzrə elan olunub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, artıq tender təklifləri təqdim edilib və ilkin nəticələr elan olunub. Hazırda tenderdə iştirak edən şirkətlərin təkliflərinin texniki qiymətləndirilməsi aparılır.
Qeyd edək ki, konsorsium yaradılarkən onun iştirakçılarının keçirilən bu tenderin predmetinə uyğun olaraq həmin təşəbbüslərə oxşar layihələrdə iş təcrübəsi, kadr potensialı, maliyyə imkanları və ölkə xaricində reallaşdırılmış layihələrdə iştirak təcrübəsi kimi çox mühüm göstəricilər nəzərə alınıb.