SİYASƏT


Azərbaycanın Niderlanddakı diaspor təşkilatları beynəlxalq qurumlara etiraz məktubları göndəriblər

Bakı, 7 iyul, AZƏRTAC

Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və “Odlar Yurdu” Cəmiyyəti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyevanın və onun nəvəsi, 2015-ci il təvəllüdlü Zəhra Quliyevanın qətlə yetirilməsini pisləyən bəyanat yayıb, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara etiraz məktubları göndəriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanat və məktublarda bu faciənin Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün ciddi təhlükə olması, eyni zamanda, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyduğu vurğulanıb. Niderlanddakı soydaşlarımız dünya ictimaiyyətini atəşkəs dövründə baş verən təxribatlara, hücumlara və dinc əhalinin qətlə yetirilməsinə lazımi reaksiya verməyə, bütün bu ədalətsizliklərə biganə qalmamağa çağırıblar.

Həmçinin 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Azərbaycan xalqına qarşı dünyanın gözləri qarşısında eyni soyqırımı siyasətini davam etdirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu hadisənin baş verməsi Ermənistan bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə olduğunu bir daha göstərir.

Xatırladaq ki, bəyanat və məktublar BMT-yə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, ATƏT-ə, Avropa Şurası Parlament Assambleyasına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.