İDMAN


Azərbaycanın Paralimpiya yığma komandalarına yeni baş məşqçilər təyin olunub

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə qurumun iclası keçirilib.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Rio-de-Janeyroda keçirilmiş XV Yay Paralimpiya Oyunlarının yekunları və Tokioda keçiriləcək XVI paralimpiyadaya hazırlıq məsələləri müzakirə edilib.

XV Yay Paralimpiya Oyunlarına hazırlıqla bağlı görülmüş işlər, keçirilmiş yarışların nəticələri, baş məşqçilərin və idmançıların fəaliyyəti geniş təhlil olunub. Qazanılan nailiyyətlərlə yanaşı, bir sıra idman növlərində ciddi nöqsanlara yol verildiyi xüsusi qeyd edilib. Həmin idman növləri üzrə baş məşqçilər vəzifələrindən kənarlaşdırılıblar.

Sonra həmin baş məşqçilərin yerinə yeni təyinatlar olub. İkiqat Paralimpiya çempionu Oleq Panyutin atletika, İbrahim İbrahimov cüdo üzrə kişilər, Paralimpiya çempionu Ramin İbrahimov qadınlardan ibarət komandanın, Qarabağ müharibəsi əlilləri Əkbər Muradov güllə atıcılığı, İlham Məhərrəmov boccia, Allahverdi Culfayev üzgüçülük, Ruqiyyə Qubuşova stolüstü tennis, Tərlan Hacızadə oturaq voleybol, Asəf Məlikov qılıncoynatma, İlqar İbişov pauerliftinq, Zahir Abdullayev qolbol, Aleksandr Barabanov avarçəkmə və Natiq Abbasov kamandan oxatma üzrə milli komandaların yeni baş məşqçiləri təyin ediliblər.

İclasda, həmçinin “Tokio-2020” Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədilə növbəti dörd il üçün strateji fəaliyyət planının hazırlanması, regionlarda Paralimpiya hərəkatının sürətli inkişafının təmin edilməsi, seleksiya işlərinin aparılması və Paralimpiya dəyərlərinin təbliğini gücləndirmək üçün respublikanın bölgələri üzrə dayaq nöqtələrinin yaradılması və digər zəruri tədbirlərin həyata keçırılməsi barədə qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.