SİYASƏT


Azərbaycanın Qırğızıstandakı səfirliyində yerli vaxt ilə saat 16:00-dək seçicilərin 63 faizi səs verib

Bişkek, 26 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkəmizin Qırğızıstandakı səfirliyində yerli vaxt ilə saat 16:00-dək seçicilərin 63 faizi səs verib.

Səfirlikdə yaradılan 16 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 33 saylı seçki məntəqəsində vətəndaşlarımızın azad və sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Səfirlikdə keçirilən ümumxalq səsverməsində Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının nümayəndəsi, beynəlxalq müşahidəçilər və bu ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.